duda

“ABŞ Rusiyanın mümkün təcavüzünə qarşı nüvə silahını Varşavaya yerləşdirsin”.

Globalinfo.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda jurnalistlərə müsahibəsində deyib.

O, belə bir addımın NATO-nun sərhədlərinin genişlənməsi fonunda məntiqli olduğunu bildirib:

“Rusiya nüvə silahlarını Belarusa yerləşdirəndə tərəddüd belə etmədi. 1999-cu ildə NATO-nun sərhədləri şərqə köçürüldü. 26 ildən sonra alyansın infrastrukturu da şərqə, yəni Polşaya doğru hərəkət etməlidir. Nüvə silahı ölkə ərazisində olsaydı, bütövlükdə NATO-nun təhlükəsizliyi sığortalanardı”.

Duda 2022-ci ildə ABŞ Prezidenti Co Baydenin administrasiyasına təqdim etdiyi nüvə silahlarının paylaşılması layihəsinin canlanmasına ümid edir.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: