Kadırovun oğluna daha bir mükafat verildi

Kadırovun oğluna daha bir mükafat verildi

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu, 17 yaşlı Adam Kadırova OMON-un (xüsusi təyinatlı milis dəstəsi) “Axmat-Qroznı” döş nişanı təqdim olunub.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Qroznı-İnform” agentliyi məlumat yayıb.

Bildirilir ki, mükafat Kadırova OMON-a göstərdiyi dəstəyə görə təqdim edilib. Döş nişanını dəstə komandiri Anzor Bisayev təqdim edib.