Kanadaya pis xəbər: rüsumların həcmi artırılır

Kanadaya pis xəbər: rüsumların həcmi artırılır
ABŞ Kanadaya qarşı rüsumları artırır.

Globalinfo.az xəbər verir ki, Prezident Donald Tramp sosial media hesabında məlumat yayıb.

Onun göstərişi ilə Kanadadan idxal olunan polad və alüminiuma tətbiq edilən rüsumun həcmi 25 faizdən 50 faizə qaldırılır.

Bundan əlavə, Tramp Kanadanın ABŞ-ın tərkibinə daxil olduğu təqdirdə bütün rüsumların aradan qaldırılacağını da qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az