Dağıstan respublikasının lideri Sergey Məlikovun səhhətinin pisləşməsi ilə bağlı xəbərlər açıq təxribatdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Dağıstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilib ki, sabahdan etibarən Sergey Məlikov Moskvada ezamiyyətdədir.
“O, Rusiya prezidentinin tapşırıqlarının icrası çərçivəsində federal hökumət üzvləri ilə bir sıra mühüm görüşlər keçirəcək”, – məlumatda qeyd edilib.














