hakan fidan 1 scaled

İran özünün böyük resurslarını regionda fəthlər üçün qurban verib.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“İranın xarici siyasət məsələsi regional ölkələrdə milislər vasitəsilə aparır. Bu siyasəti İran uzun müddətdir böyük risklə aparır. O müəyyən uğurlar əldə edib, amma bu uğurların saxlanmasına xərclənən dəyər daha çoxdur. İraq və Suriyadakı fəthlərini saxlamaq üçün İranda daha çox şeyi qurban verməli oldu” – deyə o bildirib.

Fidan İranın xarici siyasət yanaşmasının dəyişməli olduğunu söyləyib. O, bu siyasətin İranın sistemi üçün böyük yük yaratdığını deyib:
“İran yeni epoxanın hadisələrindən böyük dərslər çıxarıb, regional əməkdaşlığı gücləndirilməlidir. İndi köhnə səhvləri davam etdirmək olmaz”.

İran Xarici İşlər Nazirliyi Fidanın açıqlamasına dərhal cavab verib. XİN sözçüsü Esmail Baqai İranın prinsipial mövqeyinə bağlı olduğunu və ölkəsinin siyasətini gündəlik əsasda dəyişmədiyini bildirib.

“Biz öz prinsipial mövqeyimizdə sarsılmazıq və hər gün bir siyasətdən digərinə keçmirik. İran həmişə terrorizm və kənar müdaxiləyə müqaviməti dəstəkləyib”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: