63b8646c09c3463b8646c09c35167302871663b8646c09c3263b8646c09c33

Bakıda ağır yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində – Ayna Sultanova körpüsündə qeydə alınıb.

“20 Yanvar” istiqamətində yüksək sürətlə hərəkət edən “Volswagen” markalı avtomobil işıq dirəyinə dəyərək yolun əks istiqamətinə düşüb. Nəticədə işıq dirəyi əyilib. İdarəetməni itirən avtomobilin sürücüsü digər eyni markalı avtomobilə və “Opel” markalı minik maşınına çırpılıb. Hər üç avtomobilə zərər dəyib.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Yol infrastrukturuna ziyan dəyib. Əraziyə Dövlət Yol polisi əməkdaşları cəlb edilib. Avtomobillər hadisə yerindən uzaqlaşdırılıb.

Qəza nəticəsində prospektin hər iki istiqamətində tıxac yaranıb.

Hadisənin təfərrüatı araşdırılır.

63b8646c1f22f63b8646c1f230167302871663b8646c1f22d63b8646c1f22e 63b8646c19e6263b8646c19e63167302871663b8646c19e6063b8646c19e61 63b8646c14def63b8646c14df0167302871663b8646c14ded63b8646c14dee 63b8646c1062463b8646c10625167302871663b8646c1062263b8646c10623

Paylaş: