putin 1

Volodimir Zelenskinin seçkilərdə heç bir şansı yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Zelenskinin seçkidə qalib gəlmək üçün zərrə qədər şansı yoxdur, sıfıra bərabərdir. Əgər seçkilər saxtalaşdırılmasa”, – Rusiya Prezidenti bildirib.

Bundan başqa, Putin Zelenskini sülh yolunda əngəl hesab etdiyini diqqətə çatdırıb.

“Zelenski Ukrayna Silahlı Qüvvələri və ümumiyyətlə cəmiyyət üçün toksik fiqura çevrilib. O, Rusiya ilə danışıqlara qadağa qoymaqla özünü küncə sıxışdırıb, Ukrayna ordusunun və cəmiyyətinin dağılmasına səbəb olub. Rusiya Ukraynada sülhə nail olmaq istəyir, lakin Zelenski bu məqsədin önündə durur. Ukraynada hakimiyyətə insanların etibar etdiyi şəxslər gəlməlidir”, – Putin əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: