Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin idarəetmə lövhəsi yanıb.
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
Ən çox oxunan xəbərlər
1
Xankəndinin məşhur abidəsi Rusiyada peyda oldu – Arxasında kim dayanır?
2
Elçibəyi onlar satdı: Prezidentin polkovniklə 2 saatlıq şok görüşü – VİDEO
3
Günay Ağamalının bu paylaşımı tənqid olundu – FOTO
4
Qlobal müharibə başlayır: ilk bu ölkəyə hücum edəcəklər – Xrenindən sensasiya
5
Moskva Ermənistanı Azərbaycanla əvəzlədi: Titov detalları açıqladı