2024 02 29T115741Z 75777883 RC2BC6AQU6B5 RTRMADP 3 RUSSIA PUTIN 1024x683 1

Xarici şirkətlər Rusiyaya qayıdarsa, yerli şirkətləri qorumaq lazımdır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın sanksiyaları ləğv etmə ehtimalı barədə danışarkən deyib.

Moskvada keçirilən Gələcəyin Texnologiyaları Forumunda çıxış edən Putin sanksiyaların ölkə üçün bir sıra çətinliklərə səbəb olduğunu və yerli istehsalın bu kimi çətinliklərə tab gətirdiyini vurğulayıb.

“Yerli həllər çox vaxt əcnəbilərin təklif etdiyi həllərdən daha təsirli olur. Hökumətdən yerli istehsalçılara müəyyən üstünlüklər verilməsini təmin etmək üçün şirkətlərimizlə rəqiblərimiz arasındakı əlaqəni necə tənzimləyə biləcəyini analiz etmələrini xahiş etdim”, – Rusiya Prezidenti qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: