Putin-Tramp görüşünə hazırlıq başladı: Lavrov onunla gəldi… – VİDEO

Putin-Tramp görüşünə hazırlıq başladı: Lavrov onunla gəldi… - VİDEO

Rusiya nümayəndə heyəti danışıqlar üçün Səudiyyə Ərəbistanına gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakovun olduğu təyyarə artıq Səudiyyə Ərəbistanına eniş edib.

ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio, Donald Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff daxildir.

İki ölkə nümayəndələri arasında görüşün sabah keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən səfərin Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-lı həmkarı Donald Trampın görüşünə hazırlıq məqsədi daşıdığı bildirilir.

Aysel Əliyeva
Globalinfo.az