Blinkenin Bayramovla Mirzoyana təcili zəngi – Nə baş verir?

 

Blinkenin Bayramovla Mirzoyana təcili zəngi - Nə baş verir?

***10:10

ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olacaq.

Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

O, telefon danışığının yaxın zamanlarda baş tutacağını bildirib.

Qeyd edək ki, dekabrın sonunda Rusiya Azərbaycan-Ermənistan XİN rəhbərlərini görüşdürməyə çalışsa da, İrəvan son anda bundan imtina etmişdi.

Blinkenin bu cəhdinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında prosesi nəzarətə götürmək istəyi kimi qiymətləndirilir.

Aqşin
Globalinfo.az