“ABŞ başqa ölkələrin işlərinə qarışmağı dayandırmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask deyib.
Mask hökumətin daxili məsələlərinə diqqətin vacibliyini vurğulayıb.
“ABŞ-ın beynəlxalq məsələlərdə iddialı olduğu vaxtlar olub. Düşünürəm ki, başqa ölkələrin öz işlərini görmələrinə icazə verməliyik”.
Bundan əlavə, Mask qeyd edib ki, ABŞ-ın hazırkı administrasiyası bu məsələdə düzgün yoldadır.
Əliyar Xəlil
Globalinfo.az