AA 20250212 37033755 37033738 NATO UKRAYNA SAVUNMA TEMAS GRUBU TOPLANTISI

ABŞ NATO-dan çıxmaq barədə düşünmür, lakin Avropa ilə münasibətlərdə Brüsselin Vaşinqtondan asılılığını artıran balanssızlığa da göz yummayacaq.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Pit Heqset deyib.

“Bizim transatlantik ittifaqımız onilliklərdir mövcuddur və biz onun gələcək nəsillər üçün davam edəcəyinə ümid edirik, lakin bu, özü özlüyündən baş verə bilməz. Bunun üçün avropalı müttəfiqlərimiz meydana çıxmalı və qitədə təhlükəsizliyə zəmanəti öhdələrinə götürməlidirlər. ABŞ NATO və Avropa ilə müdafiə sahəsində tərəfdaşlığa sadiq qalır. Bununla belə, Birləşmiş Ştatlar artıq asılılıq yaradan balanssız münasibətlərə dözməyəcək”, – deyə Pentaqon rəhbəri qeyd edib.

Bundan başqa, Heqset Avropanı ABŞ-dan örnək götürərək müdafiə xərclərini artırmağa çağırıb.

“2 faiz heç nədir. Tramp 5 faiz deyir və mən onunla razıyam”, – o, əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: