Ukraynada müharibə başa çatdıqdan sonra da hərbi vəziyyət davam edə bilər.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Economist” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, hərbi vəziyyətin davam etməsinə səbəb parlament seçkiləridir. Belə ki, hərbi vəziyyət davam etdiyi müddətcə ölkədə seçkilər keçirilməyəcək, müharibədən sonra hərbi vəziyyət ləğv olunarsa, ölkə seçkiyə getməlidir. Prezident münaqişənin həllindən sonra fövqəladə vəziyyətin aradan qalxacağına inanmadığını deyib.
“Hərbi vəziyyət, çox güman ki, başa çatacaq. Əmin deyiləm, güman edirəm… Hərbi vəziyyət olmasa, parlament seçki keçirməlidir. Bu zaman isə qanunvericiliklə bağlı ilkin addımlar atılmalı, seçkilərin vaxtı təyin edilməlidir”, – deyə Zelenski əlavə edib.
Bundan başqa, Ukrayna Prezidenti müsahibəsində ölkəsinin NATO-ya üzvlük məsələsi barədə də danışıb və belə bir ehtimalın çox aşağı olduğunu deyib. Onun sözlərinə görə, Kiyevin alyansa qoşulmasına ABŞ, Almaniya və Macarıstan əngəl olur.
Aysel Əliyeva
Globalinfo.az