SA1 6719 scaled

“Azərişıq” ASC 10 fevral – qurumun yaranmasının 10-cu ildönümü ilə əlaqədar bir sıra silsilə tədbirlər həyata keçirir.

Globalinfo.az bildirir ki, növbəti belə tədbirlərdən biri qana ehtiyacı olan insanların müalicəsinə dəstək məqsədilə təşkil edilib.

Qanvermə aksiyasına könüllü olaraq qatılan əməkdaşların sağlamlıq durumu Mərkəzi Qan Bankının həkimləri tərəfindən qiymətləndirildikdən sonra iştiraklarına icazə verilib.

Aksiya Bakı ilə yanaşı regionlarda da davam edir. “Azərişıq” ASC belə qanvermə aksiyalarının keçirilməsində mütəmadi iştirak edir.

SA1 6695 scaled h scaled SA1 6700 scaled

Paylaş: