Türk ordusu iki ölkədə əməliyyat keçirdi: növbəti zərbə

Türk ordusu iki ölkədə əməliyyat keçirdi: növbəti zərbə

Türkiyə Silahlı Qüvvələri Suriyada da əməliyyat keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

“Barış pınarı” əməliyyat bölgəsində PKK/YPG terror təşkilatının dörd üzvü məhv edilib.

***15:40

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti əməliyyatlar keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yanvarın 29-dan fevralın 8-dək keçirilən əməliyyatlarda PKK terror təşkilatının 11 üzvü öldürülüb.

Onlardan yeddisi Qara, dördü isə Hakurk bölgəsində keçirilən əməliyyatlar nəticəsində zərərsizləşdirilib.

Nazirlikdən bildirilib ki, terrorçulara qarşı mübarizə davam edəcək.