306428

Ermənistan Müdafiə Nazirliyinin Hərbi Tibbi Təminat İdarəsinin səhra mobil hospitalı ABŞ-la ikitərəfli əməkdaşlıq çərçivəsində bir neçə ölkənin qatıldığı “Birgə Qərar – 2025” hərbi təlimlərində iştirak ediblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlimdə iştirak edən Ermənistan Müdafiə Nazirliyinin tibb heyəti və ABŞ Milli Qvardiyasının tərəfdaşları birgə yaradılmış qruplarda ağır şəraitdə yaralılara tibbi yardım göstərir, cərrahi müdaxilələr və həmçinin təxliyə prosesi təşkil ediblər.

Təlimin məqsədinin hərbi tibb personalının hazırlıq səviyyəsinin artırılması olduğu bildirilir.

photo 2025 02 03 10 55 05 2

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: