Netanyahu Trampla nələri müzakirə edəcəyini açıqladı

Netanyahu Trampla nələri müzakirə edəcəyini açıqladı

İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşünü “çox vacib” adlandırıb.

Globalinfo.az xəbər verir ki, ABŞ-a səfərindən öncə jurnalistlərin qarşısına çıxan Netanyahu görüşün İsrail üçün çox əhəmiyyətli olduğunu bildirib.

“Bu, ABŞ və İsrail arasında güclü ittifaqı, əlaqəni göstərir. Belə əlaqə İsrail və bölgə üçün faydalarını artıq İbrahim müqaviləsi ilə verib”, – o deyib.

Netanyahu Trampla HƏMAS, girovların qaytarılması, İran və təsir dairəsindəki qrupları müzakirə edəcəyini bildirib:

“Müharibə vaxtı qəbul etdiyimiz qərarlar artıq Yaxın Şərqi tanınmaz dərəcədə dəyişdirib. Məncə, Prezident Trampla birgə işləməklə regionu daha yaxşı istiqamətə apara bilərik”.

Qeyd edək ki, Trampla Netanyahunun görüşü fevralın 4-də baş tutacaq.

Əliyar Xəlil
Globalinfo.az