“Ukrayna müharibəsini davam etdirir və məğlub olmaq niyyəti yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib.
Zaqrebdə rəsmi səfərdə olan Şmıqal xorvatiyalı həmkarı Andrey Plenkoviç ilə görüşüb.
Görüş zamanı bir sıra açıqlamalar verən Baş nazir ABŞ Prezidenti Donald Tramp hökuməti ilə əməkdaşlıq barədə ümidli olduqlarını və Avropanın dəstəyinə inandıqlarını deyib. Rusiya ilə davam edən müharibədən danışan Şmıqal qeyd edib:
“Sülhü Ukraynadan çox istəyən bir ölkə yoxdur”.
Əliyar Xəlil














