“Qərbdə Avropanın Ukrayna müharibəsində gücsüz olduğunu anlayıblar. Avropanın ABŞ olmadan Kiyevə yardım göstərməyə gücü çatmır”.
Globalinfo.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş XİN başçısı Uilyam Heyq deyib.
“Acı həqiqət artıq heç olmadığı aşkardır: Avropa ölkələrinin bu müharibəni ABŞ olmadan dəstəkləməyə gücü çatmır. Onların qoşunları azdır, ordunun təchizatı zəifdir, lazım olan peykləri, raketləri, təyyarə və hərbi sursat istehsalı da gözlənilən səviyyədə deyil”, – deyə sabiq diplomat qeyd edib.
Heyq həmçinin əlavə edib ki, 1950-1953-cü illərdə Koreya müharibəsi və onun sülh nizamlanmasının çətin başa gəlməsi ABŞ üçün nümunə olmalıdır və o, Ukraynada silahlı münaqişənin başa çatmasına töhfəsini verməlidir.
Əliyar Xəlil