Trampdan Kolumbiyaya sərt cavab

Trampdan Kolumbiyaya sərt cavab

ABŞ Kolumbiyaya miqrantları qəbul etmədiyinə görə sanksiyalar tətbiq edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.

“Kolumbiyadan ABŞ-a idxal olunan bütün mallara 25% rüsum tətbiq ediləcək. Bir həftə ərzində isə tariflər 50% -ə qədər artırılacaq” – D.Tramp deyib.

O bildirib ki, ​​Kolumbiyaya xəzinə, bank və maliyyə sanksiyaları tətbiq ediləcək. Bundan əlavə, Birləşmiş Ştatlar Kolumbiya rəsmilərinin və digər rəsmilərin ölkəyə girişinə məhdudiyyətlər, həmçinin “Kolumbiya hökumətinin tərəfdarları” üçün viza məhdudiyyətləri tətbiq edəcək. ABŞ prezidenti həmçinin “milli təhlükəsizlik səbəbi ilə” Kolumbiya vətəndaşlarına və yüklərinə sərhəd və gömrük nəzarətini gücləndirməyi əmr edib.

Globalinfo.az