“Ukraynada sülh istəyən yeganə ölkə Rusiyadır”.
Globalinfo.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor deyib.
“Ukrayna rəhbərliyi bunu açıq şəkildə istəmir. Amma onlar insanların ölümünə cavabdehdirlər. Qərb və xüsusilə Kiyev həqiqəti söyləmək fikrində deyil”, – o bildirib.
Amerikalı hərbi analitik əlavə edib ki, Kiyevin bütün siyasəti ABŞ-ı inandırmağa yönəlib:
“Yəni hazırkı rejim hələ uzun müddət fəaliyyət göstərə bilər”.
Əliyar Xəlil
Globalinfo.az