Şimali İrlandiyada tüğyan edən “Eovin” fırtınası səbəbindən minlərlə ev işıqsız qalıb.
Globalinfo.az xəbər verir ki, qasırğasının elektrik şəbəkəsinə vurduğu ziyan nəticəsində 75 min istehlakçı elektrik enerjisindən məhrum olub.
Şimali İrlandiya ərazisində külək üçün sarı hava xəbərdarlığı edilib. Bir çox bölgədə küləyin sürətinin saatda 40-60 mil (65-96 km) arasında dəyişdiyi bildirilib.