“İraqdan son gözləntimiz qadağan olunmuş təşkilat elan etdiyi PKK-nı terror təşkilatı kimi tanımasıdır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Bağdada səfəri çərçivəsində İraqın xarici işlər naziri Fuad Hüseyn ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.
O həmçinin qeyd edib ki, Türkiyə, Suriya və İraq terrorçuları birlikdə məhv etməlidirlər.
Fidan həmkarı ilə görüşündə iki ölkə və regiona aid mühüm məsələləri ətraflı şəkildə müzakirə etmək fürsəti əldə etdiyini, Türkiyənin İraqla əlaqələrinə strateji baxımdan baxıldığını bildirib.
Safura Bənnayeva
Globalinfo.az