WhatsApp Image 2024 08 02 at 10

Ermənistan Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalar ucbatından iqtisadi potensialını istifadə etməkdə çətinlik çəkir.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin hesabatında qeyd olunur.

“Ermənistan Respublikası üçün vacib iqtisadi çağırışlardan biri tərəfdaşlarımızdan bəzilərinə – xüsusilə Rusiya və İrana qarşı olan sanksiyalardır. Bunun nəticəsində iqtisadi potensialımızın istifadəsinə riski yaranır”, – hesabatda bildirilir.

Xarici Kəşfiyyat Xidməti bu ölkələrə sanksiyaların güclənəcəyi halda, İrəvanın yeni məhdudiyyətlərlə üzləşəcəyini yazıb.

Qeyd edək ki, Ermənistan iqtisadiyyatı keçən il 6% artıb. 2025-ci ildə bunun 5,1% olacağı vurğulanıb. Artımın daha çox Rusiyaya həyata keçirilən reeksportla əlaqəli olduğu deyilib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: