WhatsApp Image 2024 03 04 at 14.52.43

Qərb Ukraynaya 50 min nəfərlik qüvvə göndərə bilər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə nüfuzlu “Financial Times” nəşri çıxış edib.

Məlumata görə, göndəriləcək 50 min nəfərlik xarici qüvvənin 1000 kilometrlik cəbhə xətti boyunca yerləşdirilməsi nəzərdə tutulub. Qəzetə danışan adı açıqlanmayan mənbələr bu variantın real ola biləcəyini deyiblər.

Qeyd edək ki, daha öncə Ukrayna Prezident Volodimir Zelenski ölkəsinin təhlükəsizliyinin effektiv təşkili üçün 200 min nəfərlik hərbçiyə ehtiyacı olduğunu açıqlayıb.

Bir müddət əvvəl Fransa Prezidenti Emmanuel Makron da Ukraynaya dəstək üçün qoşun göndərilməsini təklfi edib və bu istiqamətdə hazırlıqlara başlanılması üçün tapşırıq verib. O, bənzər fikri Britaniya baş naziri ilə müzakirə edib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: