Rusiya sazişi dayandırdı – Ərdoğandan reaksiya

“Bugünkü açıqlamaya rəğmən, Rusiya Prezidenti Vladimir Putinin bu humanitar körpünün fəaliyyətinin davam etməsini istədiyinə inanıram”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kremlin “Taxıl sazişi”nin dayandırılmasına dair açıqlamasına münasibətdə deyib.

“Müharibənin qalibi və məğlubu yoxdur. Bu razılaşma nəticəsində indiyə kimi dünya bazarına 33 milyon tondan çox taxıl çıxarılıb. Bu məsələni Putinlə müzakirə edəcəyik. Həmçinin avqust  ayında onunla görüşümüz olacaq”, – Ərdoğan bildirib.

Ayşən Mustafa
Globalinfo.az