“Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan sonuncu telefon danışığı zamanı İrəvanın KTMT-dəki fəaliyyətini müzakirə etməyiblər”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov Ermənistanın hələ də KTMT-dən çıxmaq niyyətini rəsmi şəkildə açıqlamadığını bildirib:
“Liderlərin telefon danışığı zamanı bu mövzuya toxunulmayıb. KTMT öz effektivliyini və aktuallığını sübut edən müstəqil, köklü təşkilatdır. Bu prinsiplərin əsasında fəaliyyət davam etdirilir. İndiyədək Ermənistan təşkilatdan çıxmaq arzusunu bəyan etməyib”.
Xatırladaq ki, Ermənistan KTMT-də iştirakını dondurduğunu açıqladıqdan sonra təşkilatın heç bir toplantısına qatılmayıb. Rusiya prezidenti, həmçinin dövlət rəsmiləri dəfələrlə İrəvanın bütün addımlarına rəğmən KTMT-dən çıxmaq niyyətini açıqlamadığını vurğulayıblar.
Əliyar Xəlil
Globalinfo.az