1729844222 Israel Defense Ministry

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin Həmas qruplaşmasının bəzi atəşkəs razılaşmalarından geri çəkildiyini bildirib. Lakin HƏMAS bəyanat yayaraq, bunun belə olmadığını bəyan edib və təsdiqlənən çərçivəyə hazır olduqlarını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Telekanalın məlumatına görə, İsrail hökuməti daxilində fikir ayrılıqları mövcuddur.

“İsrailin radikal maliyyə naziri Bezalel Smotriçin partiyası Netanyahudan razılaşmanın birinci mərhələsindən sonra İsrailin genişmiqyaslı müharibəyə qayıdacağına dair zəmanət almadığı təqdirdə hökuməti tərk edəcəyini bildirib. Smotriç milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ilə birlikdə istənilən növ atəşkəs razılaşmasının qəti əleyhdarı idi. İsrailin təhlükəsizlik kabineti sazişə səs vermək üçün bu gün görüşməli idi, lakin görüş hələ də gecikir. Hökumətin bu məsələni necə həll edəcəyini görmək üçün bütün gözlər İsraildə olacaq”, – deyə telekanalın məlumatında vurğulanıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: