“Ermənistan Rusiya ilə münasibətləri qarşılıqlı fayda verən əməkdaşlıq və suverenlik çərçivəsində inkişaf etdirməyə cəhd edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Bizim Rusiya ilə münasibətlərimiz hər zaman olduğundan daha praktikdir və konkret məsələlərə istiqamətlənib. Biz bu münasibətləri qarşılıqlı fayda verən əməkdaşlıq əsasında inkişaf etdirməyə cəhd edirik”, – o bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistanın İranla münasibətləri heç olmadığı qədər mahiyyətlidir. Ermənistan lideri həmçinin Azərbaycanla münasibətlərə də toxunub:
“Ermənistan Respublikası Azərbaycanla münasibətlərdəki bütün məsələlərin konstruktiv həlli üçün təklif irəli sürüb. Təklif yox, həll”.
O, Türkiyə ilə qarşılıqlı anlayış üçün əsasın da formalaşdığını deyib.
Əliyar Xəlil
Globalinfo.az