c0065b

“Qəzza ilə bağlı razılaşma bu həftənin əvvəlində mümkün ola bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan “Blomberg”ə müsahibəsində deyib.

O bildirib ki, Co Baydenin administrasiyası Qəzza zolağı ilə bağlı sazişi bu həftənin əvvəlində bağlamağı düşünür.

“Tərəflərin belə bir fikirlə razılaşacağına heç bir zəmanət yoxdur. Ancaq Bayden administrasiyası bu məsələ ilə bağlı ABŞ-ın yeni prezidenti Donald Trampın komandası ilə əlaqə saxlayır”, – deyə Sallivan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: