HƏMAS qruplaşması İsraillə mümkün atəşkəs razılaşması çərçivəsində Təl-Əvivin dəyişdirilməsi üçün təqdim etdiyi 34 girovun siyahısını təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə qruplaşmanın adı açıqlanmayan nümayəndəsi “Reuters”ə bildirilib.
Qruplaşmanın Qəzzadakı hissəsinə nəzarət edən şəxs bunun əsir mübadiləsi razılaşmasının birinci mərhələsinin bir hissəsi kimi nəzərdə tutulduğunu deyib. O, HƏMAS-a azad ediləcək şəxslərin vəziyyətinin müəyyən edilməsi üçün vaxt lazım olduğunu qeyd edib.
“Həmas diri və ya ölü 34 məhbusu azad etməyə razılaşıb. Bununla belə, bizə əsirlərlə ünsiyyət qurmaq, diri və ölənləri müəyyən etmək üçün bir həftə sakitlik lazımdır”, – qruplaşma nümayəndəsi söyləyib.
Əliyar Xəlil
Globalinfo.az