***06:00
2020-ci ildə 44 günlük müharibənin sonlarında Naxçıvanda Rusiyaya məxsus helikopter səhvən vuruldu. Rəsmi Bakı dərhal məsuliyyəti üzərinə götürüb Rusiyadan və ekipajın ailəsindən üzr istədi, kompensasiya da daxil olmaqla bütün qanuni öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirdi. Həmin vaxt Azərbaycanın bu hüquqa uyğun mövqeyi Kreml tərəfindən yüksək qiymətləndirildi.
Eləcə də 2023-cü ilin sentyabrında antiterror əməliyyatları zamanı çətin relyef və dumanlı hava şəraiti səbəbindən Qarabağda Rusiya sülhməramlı kontingentinin 5 üzvü həlak oldu. Bu hadisədə də Bakı analoji addımı atdı.
Rusiyanın AZAL-ın təyyarəsini “Pantsir S1” zenit-raket kompleksi ilə vurması böyük ölçüdə təsdiqlənib. Buna görə Rusiya lideri Vladimir Putin üzr istəsə də, Azərbaycan cəmiyyətinin iki gözləntisini – təzminat ödənilməsi və cinayətkarların cəzalandırılmasını icra etməkdən danışmayıb.
Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycanın Rusiyadan təyyarə qəzası ilə bağlı gözləntiləri kifayət qədər aydındır.
Ətraflı videoda:
Turan Rzayev
Globalinfo.az
