6235cad6 7f9e 303b 95ba a22f17c214f3 850

Xankəndi şəhərinin Zəfər meydanında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, öncə Azərbaycan Dövlət Himni səsləndirib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhərin dövlət idarə, təşkilat, elm və təhsil müəssisələrinin, gənclərin, veteranların və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, bir neçə saat davam edən bayram konsertində ölkənin tanınmış incəsənət xadimlərinin, rəqs kollektivlərinin çıxışları olub.

1 2 2 3

Paylaş: