Fransa Prezidenti Emmanuel Makron Baş nazir Fransua Bayru ilə görüşündə ölkənin yeni hökumətinin tərkibini təsdiqləyib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, əsas vəzifələrdə əvvəlki kabinetin üzvləri yer alıb.
Belə ki, Jan-Noel Barro Xarici İşlər Nazirliyinə, Sebastyan Lekornu isə Müdafiə Nazirliyinə rəhbərlik etməyə davam edəcək.
Bruno Retaio da daxili işlər naziri kimi fəaliyyətini davam etdirəcək.