mark rutte

Almaniya, ABŞ, Macarıstan və Slovakiya Kiyevin hərbi bloka qoşulmasına qarşıdır.

Globalinfo.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.

O bildirib ki, məhz bu səbəbdən Ukraynanın NATO üzvlüyü gündəmdən çıxarılıb.

Rutte xatırladıb ki, 2024-cü ildə Vaşinqtonda keçirilən sammit zamanı Ukraynanın üzvlük yolunun dönməzliyi barədə razılığa gəlinib:

“Lakin bu proses hazırda adını çəkdiyim ölkələrə görə dayandırılıb. Ona görə də NATO döyüş meydanında və sülh danışıqlarında Kiyevi dəstəkləməyə diqqət yetirir”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: