xankendi yeni il

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə işğaldan azad edilən Xankəndi şəhərində bayrama xüsusi hazırlıq işləri görülür.

Globalinfo.az bildirir ki, 34 ildən sonra Xankəndi şəhərində bayram tərtibatı işlərinə xeyli sayda işci qüvvəsi və texnikalar da cəlb edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Şəhərin Zəfər meydanında şam ağacı qurulub. Küçələr yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır. Xankəndi, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.

Qeyd edək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində qış nağılı yarmarkası keçiriləcək. Bu yarmarka, azadlıqla yazılan yeni tarixin təntənəsi olacaq. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı olacaq.

1405193 1405194 1405195 1405196 1405197 1405198 1405199 1405200 1405201 1405202 1405203 1405204 1405205 1405206 1405207 1405208 1405209 1405210 1405211 1405212 1405213 1405214 1405215 1405216 1405217 1405218 1405220 1405221 1405222 1405223 1405224 34 ildən sonra Xankəndi Yeni ilə belə hazırlaşır - Şəhərdən ən son FOTOLAR

Paylaş: