Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna lideri Volodimir Zelenskini “Əl- Qaidə” terror təşkilatının keçmiş lideri Usama bin Ladenlə müqayisə edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
“Usama bin Zelenski”, – deyə rusiyalı diplomat kinayə ilə öz Teleqram kanalında yazıb.
Xatırladaq ki, dekabrın 20-də axşam saatlarında Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin Rılsk şəhərinə raket zərbəsi endirib. Bundan əlavə, Kazana 8 pilotsuz təyyarə ilə hücum edilib. PUA-lardan 6-sı yaşayış binalarını vurub.
Müşviq Tofiqoğlu
Globalinfo.az