Argentina millisinin ulduz futbolçusu Lionel Messi və onun ABŞ-ın “İnter Mayami” klubundan olan komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Albanın Bakıya səfəri başa çatıb.
Globalinfo.az xəbər verir ki, qonaqlar bu gün Azərbaycanı tərk ediblər.
Qeyd edək ki, əfsanəvi futbolçu və dostları səfər çərçivəsində Qarabağ atlarını izləyiblər, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər, Bakı Kristal Zalında fanatları ilə görüşüblər və son olaraq Heydər Əliyev Mərkəzində olublar.
salıb.
Şəkillər PhotoStock.az-a məxsusdur.
***17:19
Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən biri Lionel Messi və komanda yoldaşları Luis Suarez, Serxio Buskets və Xordi Alba bu gün Heydər Əliyev Mərkəzində olublar.
Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar Mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.
Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı xalça kolleksiyası, “Klassik avtomobil sərgisi” və digər ekspozisiyalarla tanış olublar.
















