full tablet a9e1947c a5eb 40a6 9444 3fa908f97cfd

Suriyada silahlı müxalifət qadınların hicaba məcbur edilməsinə qadağa qoyub.

Globalinfo.az xəbər verir ki, “RİA Novosti” bu barədə Suriyanın “Əl-Vatan” qəzetinə istinadən xəbər yayıb.

Suriyadakı silahlı müxalifətin komandanlığı qadınların öz geyimlərini seçmək hüquqlarını tanıyıb.

“Ali Komandanlıq qadınları müəyyən üslubda paltar geyinməyə məcbur etməyi, onların seçim hüququna müdaxiləni qəti şəkildə qadağan edir”, – deyə nəşr vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: