Sikstin kapellasında yeni Roma Papasını seçmək üçün ilk iclas başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb.
*** 01:14
80 yaşına qədər olan kardinal heyəti Romada toplaşaraq yeni Roma Papasının seçilməsi üçün gizli səsvermə – konklav mərhələsinə keçib.
Globalinfo.az xəbər verir ki, ənənəyə uyğun olaraq, səsvermə Vatikanın məşhur Sikstin kapellasında keçirilir. Yeni Papa seçildikdə kapelladakı sobadan ağ tüstü buraxılır. Əgər seçkilərdə lazımi səs çoxluğu – 2/3 nisbəti təmin olunmursa, tüstü qara olur.
Yeni pontifik seçilir və Müqəddəs Pyotr bazilikasının eyvanına çıxaraq adını elan edir və yalnız bundan sonra bütün dünya yeni Roma Papasının kimliyini öyrənir.
Qeyd edək ki, pontifik özü üçün adı da özü seçir.
Aysel Əliyeva
Globalinfo.az