Qurum sahibkarın xəmirlə etirazına belə cavab verdi

Qurum sahibkarın xəmirlə etirazına belə cavab verdi

“Azərişıq” ASC Salyanda sahibkarın idarə rəisinin otağına xəmirlə dolu sinilər gətirməsinə münasibət bildirib.

Globalinfo.az-ın məlumatına görə, qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntünü bir neçə gün öncə Salyanın Arbatan kənd sakini qeydə alıb və yayıb:

“Həmin ərazidə yenidənqurma işləri gedir, bütün xətt və dayaqlar, transformator məntəqələri tamamilə yeniləri ilə əvəz olunur. Təbii ki, bu proses gedən zaman vaxtaşırı işıqlar söndürülür və yeni xətlər qoşulur.

Bununla yanaşı, həmin vətəndaşa məxsus şirniyyat sexinin arxa küçəsində də yeni xətt çəkilib və iş prosesi həmin şəxsin gözləri qarşısında baş verib. Bu zaman həmin ərazidə olan obyektlər və dövlət qurumlarına öncədən xəbərdarlıq edilib”.