673f87b4c13a5673f87b4c13a61732216756673f87b4c13a3673f87b4c13a4

Rusiyanın Ukraynanın Dnepropetrovsk şəhərində yerləşən “Yujmaş” zavoduna orta mənzilli “Oreşnik” ballistik raketlə hücumunun görüntüləri yayılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, görüntüləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “X” sosial şəbəkəsində nümayiş etdirib.

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin xalqa müraciət edib. Müraciətdə Putin Ukraynanın ABŞ və Britaniya istehsalı uzaq mənzilli raketlərlə Rusiya ərazisini vurmasına cavab olaraq Rusiyanın Ukrayna ərazisini hipersəsli ən müasir orta mənzilli “Oreşnik” raketi ilə vurduğunu açıqlayıb.

Paylaş: