1726825262 1688641299 zaxarova 2

“ABŞ-ın raketdən müdafiə bazalarının Polşada açılması, nüvə təhlükəsi səviyyəsini artırır. Bu, Vaşinqtonun provokativ addımıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

“Bu amerikalıların qeyri-stabillik yaradan fəaliyyətlərini göstərən addımdır. Strateji sabitliyi zədələyir”, – Zaxarova bildirib.

XİN rəsmisi Polşadakı kimi ABŞ bazalarının çoxdan Rusiyanın prioritet hədəfləri siyahısına daxil edildiyini deyib.  O həmçinin NATO qoşunlarının Ukraynada peyda olmasının bütün dünya üçün fəlakətli nəticələrinin olacağını qeyd edib:

“NATO qoşunlarının Ukraynaya gəlməsi, alyansın müharibəyə birbaşa daxil olması mənasına gələcək. Biz bu barədə dəfələrlə demişik. Nəticə təkcə Avropa üçün yox, bütün dünya üçün fəlakətli olacaq”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: