Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı və qızı ilə Vatikan muzeylərini ziyarət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bu, Paşinyan Müqəddəs Taxt-taca işgüzar səfəri çərçivəsində baş tutub.
Nikol, onun həyat yoldaşı Anna Akopyan və qızı Arpi Paşinyan Vatikan muzeylərinə baş çəkərək oradakı eksponatlarla tanış olublar.
Müşviq Tofiqoğlu
Globalinfo.az