Yaponiya şahzadəsi Yuriko Mikasa 101 yaşında vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.
Onun həyati orqanlarının sıradan çıxması səbəbindən öldüyü bildirilib.
Yuriko Mikasa 2016-cı ildə 101 yaşında vəfat edən şahzadə Takahito Mikasanun dul arvadı və Yaponiya imperator ailəsinin ən yaşlı üzvü idi. Onlar 1941-ci ildə evlənmişdilər.
Yuriko Mikasanın ölümündən sonra Yaponiya imperator ailəsinin üzvlərinin sayı 16-ya enib.