oba 1

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 8 noyabr Zəfər Günü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində layihə həyata keçirib. 

Globalinfo.az bildirir ki, layihə müddətində hər filialda təsadüfi yolla seçilən 2 müştərinin adından ağac əkilməsi üçün ianə olunub. Bu səbəblə müştərilərə “Yaşıl Gələcək” sertifikatı təqdim olunub.

Ümumilikdə isə 3100 ağac qalib ruhların xatirəsini yaşadacaq.

Qeyd edək ki, layihə müddətində Müşfiqabad qəsəbəsində “OBA” əməkdaşları tərəfindən 100 eldar şamı və zeytun ağacı əkilib. Ağacəkmə aksiyasında “OBA” marketlər şəbəkəsinin şəhid əməkdaşlarının ailə üzvləri də iştirak edib. Bu təşəbbüs şəhidlərin ruhunun əbədi yaşanmasına töhfə verməklə yanaşı, ətraf mühitin qorunmasına dəstək vermək məqsədi də daşıyır. Əlamətdar hadisədə müştərilərin də qatqısı olsun deyə, ianələrin həyata keçirilməsində onlar da iştirak edib. Belə ki, “Qalib ruhlar üçün yaşıl toxumlar…” layihəsində 3100 müştəri elə qeyd olunan sayda ağacın ianəsində iştirak imkanı qanazıb. Layihə bütöv Azərbaycanı əhatə edib.

“OBA” marketlər şəbəkəsi müştərilərinin də dəstəyi ilə şəhidlərimizin əziz xatirəsini əbədi yaşatmağı və yaşıl dünya yaratmağı hədəfləyir.

b29c6d866ec17efa5ce86c23e2da3031044a0181 jpg

 

774f530712a165bbb989f4f8f4274df0044a0542 jpg f4f26688d5203fffcc0370dd2b1a5012044a95555 64 jpg abc9bc0c983d5770cc2c827463089cfd044a95555 137 jpg 9aeed6b26ceb3c8bc2fae7bde64192fe044a95555 153 jpg c80267f958ca866976eed0d1920cead3044a95555 243 jpg

Paylaş: