2023 09 10T083546Z 175586757 RC2K53AB29WQ RTRMADP 3 G20 SUMMIT 1694336200

“Qərb Moskvanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən kənarlaşdırmaq istəyir”.

Globalinfo.az xəbər verir ki. bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Qərbin bu istəyi regionda təhlükəsizlik təhdidlərini artırır.

“Biz hesab edirik ki, sülh prosesini regional paradiqmada, dostlar dairəsində – Cənubi Qafqaz ölkələri və ona bitişik tərəfdaş dövlətlər çərçivəsində möhkəmləndirmək vacibdir. Vaşinqton və Brüsselin Rusiyanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindən sıxışdırıb çıxarmaq istəyi yalnız regionda təhlükəsizlik təhdidlərini artırır. Rusiya Bakı və İrəvan arasında danışıqların uğurla başa çatması üçün tərəfdaşlıq yardımı göstərməyə hazırdır”, – Lavrov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: