“Dövləti sevmək üçün onu tanımaq lazımdır”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, Ermənistan Respublikasının vətəndaşlarının əksəriyyəti ölkənin Müstəqillik Gününün tarixini bilmir:
“Bununla bağlı aparılan sorğuların statistikası mənim masamdadır. Dövlət öz problemləri ilə tanınmamalıdır. İnsanlar bilməlidirlər, məsələn, məktəb necə tikilir, büdcəsi nədir, necə formalaşır və s”.
Safura Bənnayeva
Globalinfo.az