“Yaxın gələcəkdə sülh müqaviləsinin mübahisəli 1-2 maddəsi üzrə də razılığa gəlmək mümkün olacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, sülh üçün ilk növbədə regionda kommunikasiyaların açılmalı olduğu bildirilib:
“Biz Azərbaycan tərəfinə məsələ ilə bağlı təkliflərimizi göndərdik. Bu təkliflər yarırəsmi müstəvidə müsbət qarşılandı. Prosesdə optimist ab-hava var. Nəqliyyat infrastrukturu ərazisindən keçdiyi ölkənin suverenliyi altında qalmalı, onun qanunlarına uyğun şəkildə fəaliyyət göstərməlidir. İrəvanın sülh planında bu məqam yer alır”.
Mirzoyan Ermənistanın Türkiyə ilə müsbət dialoqunun olduğunu deyib:
“Ankara İrəvanla münasibətlərin normallaşmasını Bakı ilə imzalanacaq sülh müqaviləsi ilə əlaqələndirir. Lakin hazırda proses normaldır, iki ölkə arasında danışıqlar müsbət dinamika üzrə gedir”.
Ayşən Mustafa
Globalinfo.az